Pakistanda qayıq batdı – Azı 10 uşaq öldübackend

Pakistanda qayıq batdı - Azı 10 uşaq öldü

Pakistanın Heybər Paxtunxva əyalətinin Kohat bölgəsindəki Tanda gölündə qayıq batıb.

KONKRET.az xəbər verir ki, Pəncab əyalətinin axtarış-xilasetmə xidmətinin sözçüsü Bilal Faizi qəzada ən azı 10 uşağın öldüyünü açıqlayıb.

Onun sözlərinə görə, indiyədək 17 uşaq və 1 müəllimin xilas edilib. Uşaqlardan 4-nün vəziyyəti ağırdır. Onlar Kohat xəstəxanasına yerləşdirilib.

Qayıqda olanların 12-20 yaş arasında olduğunu deyən şagirdlərin göldə ekskursiyaya çıxdıqlarını vurğulayıb.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, göldə axtarış-xilasetmə işləri 7 təcili yardım maşını, 4 qayıq, 2 xilasetmə maşını və 40-dan çox canlı qüvvə ilə davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*