Paşinyan istefa verməyəcəyini, hakimiyyəti saxlayacağını bildirib – MEDİAbackend

Paşinyan istefa verməyəcəyini, hakimiyyəti saxlayacağını bildirib - MEDİA

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın çevrəsinə istefaya getməyəcəyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

Məlumata görə, ötən gecə hökumət binası yaxınlığında etiraz aksiyaları fonunda Paşinyan dar çevrə ilə görüşüb və onlara istefa verməyəcəyini, nəyin bahasına olursa-olsun hakimiyyəti saxlayacağını açıqlayıb.

Nəşr bildirir ki, baş nazirin bu bəyanatlarından sonra meydanda təhlükəsizlik qüvvələri etirazçılara qarşı daha sərt tədbirlər görməyə başlayıb.

Qeyd edək ki. İrəvanda kütləvi etirazlar sentyabrın 19-da, Azərbaycanın Qarabağda antiterror tədbirlərinə başlamasından sonra başlayıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*