İrəvanda çoxsaylı polis qüvvələri prezident iqamətgahının yerləşdiyi Baqramyan prospektində cəmləşib.
KONKRET.az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, binanın perimetri ətrafında polis qalxanları quraşdırılıb, yolda çoxlu sayda polis maşını var.
İqamətgahdan bir qədər aralıda yerləşən Ermənistan Milli Assambleyasının binası yaxınlığında isə etiraz aksiyası keçirilir.
Ariz Həsənoğlu,
KONKRET.az
