Pentaqon: “ABŞ Ukraynaya “Dəmir Qübbə” verəcək”backend

Pentaqon: "ABŞ Ukraynaya "Dəmir Qübbə" verəcək"

ABŞ Ukraynaya bir ədəd “Dəmir Qübbə” raketdən müdafiə sistemi verəcək.

KONKRET.az xəbər verir ki, bunu ABŞ Ordusunun Kosmik və Raketdən Müdafiə Komandanlığının rəhbəri, general-leytenant Daniel Karbler deyib.

O bildirib ki, İsrail istehsalı olan “Dəmir Qübbə” raketdən müdafiə sistemləri Vaşinqton tərəfindən hələlik Kiyevə verilməyib, lakin belə sistemlərdən biri tələb əsasında Ukraynaya göndəriləcək.

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə çıxış edən generalın sözlərinə görə, ABŞ ordusunda bir ədəd “Dəmir Qübbə” batareyası var.

“Həmin “Dəmir Qübbə” onun tələbi əsasında Ukraynaya da verilə bilər. Ümumilikdə quru qoşunlarında iki belə batareya var, lakin onlardan birində yeni avadanlıq quraşdırılır”, – deyə Karbler bildirib.

İclasda iştirak edən müdafiə nazirinin kosmos üzrə köməkçisi Con Plumb “Dəmir Qübbə” sistemlərinin Kiyevə təklif edilib-edilməməsindən xəbərsiz olduğunu deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*