Pentaqon rəhbərinin təyyarəsi ön şüşədəki çatla əlaqədar təcili eniş edib.
KONKRET.az xəbər verir ki, ABŞ-ın hərbi naziri Pit Heqseti daşıyan Boeing C-32 təyyarəsi texniki nasazlıq səbəbindən Böyük Britaniyada təcili eniş edib.
“Təyyarə standart prosedurlara uyğun olaraq eniş edib və nazir Heqset də daxil olmaqla göyərtədəki hər kəs təhlükəsizdir”, – Parnell bildirib.
O, təyyarənin ön şüşəsindəki çatın səbəb olmasına aydınlıq gətirib.
Flightradar-ın məlumatına görə, Heqsetin təyyarəsi NATO müdafiə nazirlərinin sammitinin keçirildiyi Belçikadan havaya qalxsa da, geri dönərək Atlantik okeanı üzərində Britaniya ərazisinə enməyə məcbur olub.
Dəniz Pənahova
KONKRET.az