Peruda avtobus uçurumdan aşdı – 25 nəfər öldübackend

Peruda avtobus uçurumdan aşdı - 25 nəfər öldü

Peruda 60 sərnişini daşıyan avtobus uçurumdan aşıb.

KONKRET.az xəbər verir ki, bu barədə yerli “RPP” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, nəqliyyat vasitəsi Pan-Amerika magistralının 121-ci km-də uçuruma düşüb.

KİV-in məlumatına görə, 25 nəfər qəzanın qurbanı olub, hüquq-mühafizə orqanlarından ölənlərin sayı ilə bağlı hələlik rəsmi məlumat daxil olmayıb.

İlkin versiyaya görə, sürücü yolun dik yamaclı hissəsində idarəetməni itirib. Faciə gecə saatlarında baş verib. Polis qəzanın səbəblərini araşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*