Piskarev: “Qanunsuz aksiyalar təşkil etmək üçün işlərə start verilib”backend

Piskarev: “Qanunsuz aksiyalar təşkil etmək üçün işlərə start verilib”

NATO kəşfiyyat xidmətləri Rusiyada seçki prosesinə müdaxilə etmək üçün “mütəxəssislər” hazırlamaq səylərini gücləndirib.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, 2024-cü il prezident seçkiləri kampaniyasının başlaması fonunda baş verir.

Dövlət Dumasının komissiya sədri Vasili Piskarev bildirib ki, qanunsuz aksiyalar təşkil etmək üçün işlərə start verilib. Artıq “işə götürənlər” və “mühacirətdə olan jurnalistlər”lə ciddi işə başlayıblar: “Təxribatçılar hazırlanır. Müxtəlif ölkələrdə müvafiq təlimlər təşkil olunur. Baltikyanı ölkələrdə, Gürcüstanda və Ermənistanda “müşahidəçilər”lə xüsusi işlər aparılır. “Mühacirətdə olan jurnalistlər”ə xüsusi təlimlər keçirilir. Bu fəaliyyət Almaniya Xarici İşlər Nazirliyinin ayrırdığı qrant hesabına həyata keçirilir”.

Deputat daha sonra bildirib ki, komissiya müəyyən edilmiş faktlarla bağlı məlumatları Rusiya Mərkəzi Seçki Komissiyasına və Rusiya Federasiyasının Baş Prokurorluğuna göndərəcək:

“Gələn il prezident seçkiləri ilk dəfə olaraq bir neçə gün ərzində, martın 15-dən 17-dək keçiriləcək. Ölkənin ucqar və əlçatmaz bölgələrində yaşayan insanların səsvermədə iştirak etməsi üçün “xüsusi formatlar” təşkil olunacaq”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*