Polis İmran Xanın evini yenidən MÜHASİRƏYƏ ALDI – FOTObackend

Polis İmran Xanın evini yenidən MÜHASİRƏYƏ ALDI - FOTO

Pakistanın keçmiş baş naziri İmran Xanın evini polis mühasirəyə alıb.

KONKRET.az xəbər verir ki, bu barədə o, Twitter səhifəsində yazıb. Pakistanın keçmiş baş naziri İmran Xan bildirib ki, onun evi polis tərəfindən mühasirəyə alınıb.

“Bəlkə də növbəti həbsimdən əvvəl yazdığım son tvitim. Polis evimi mühasirəyə aldı”, – deyə Xan yazıb.

Keçmiş baş nazir videomüraciətində bildirib ki, Pakistan “məhv olmaq yolundadır”.

“Mən qorxuram ki, əgər bu gün müdriklik nümayiş etdirilməsə, biz hətta parçaları yığıla bilməyəcək mərhələyə gələ bilərik”, – o qeyd edib.

Xatırladaq ki, mayın 9-da Pakistanın keçmiş baş naziri İmran Xan korrupsiyada şübhəli bilinərək milli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

O, xarici liderlərdən hədiyyələr almaqda və bununla bağlı təqribən 630 min dollar qazanmaqda ittiham olunur.

Siyasətçinin həbsi Xanın tərəfdarları ilə polis arasında iğtişaşlara və toqquşmalara səbəb olub, nəticədə bir neçə nəfər ölüb.

Mayın 12-də o, Ali Məhkəmənin qərarı ilə zaminə buraxılıb.

Qeyd olunur ki, Pakistan hakimiyyəti Xanın həbsi ilə bağlı iğtişaşlar fonunda ordunu İslamabada gətirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*