“Polyaklar gənc ukraynalı kişiləri görəndə…” – Nazirbackend

"Polyaklar gənc ukraynalı kişiləri görəndə..." - Nazir

Polşa hərbi çağırış yaşında olan ukraynalı kişiləri ölkəsinə qaytarmağa kömək edə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.

“Düşünürəm ki, bir çox polyaklar otellərdə və kafelərdə gənc ukraynalı kişiləri görəndə və Ukraynaya kömək etmək üçün nə qədər səy göstərməli olduğumuzu eşidəndə qəzəblənirlər”, – deyə nazir bildirib.

Qeyd edək ki, Ukrayna hökuməti hərbi çağırış yaşında olan kişilərə pasportların xarici diplomatik missiyalarda deyil, yalnız ölkə daxilində verilə biləcəyi qaydalarını açıqlayıb.

Nəticədə xaricdə yaşayan 18-59 yaş arası ukraynalı kişilər pasportlarını yeniləyə və yeni pasport ala bilməyəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*