Pulu çox, şərəfi az olan erməni biznesmen Azərbaycana sərsəm təkliflə çıxış etdibackend

Pulu çox, şərəfi az olan erməni biznesmen Azərbaycana sərsəm təkliflə çıxış etdi

Akif ƏLİ, əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist

Azərbaycan Ordusunun hücumlarını dayandırmaq üçün düşmən min oyundan çıxır. Bu günlərdə xəstə xislətlərinə xas daha bir sərsəm təkliflə çıxış ediblər.

“Rambler.ru” saytı xəbər verir ki, Rusiyada yaşayan erməni mənşəli milyarder iş adamı Qrant Aqasyanın Qarabağ münaqişəsinin həllinə dair videomüraciəti yayılıb.  Problemin hərbi yolla çözülməsinin mümkün olmayacağını deyən biznesmen Ermənistanın heç vaxt “Dağlıq Qarabağ”dan vaz keçməyəcəyini, bu münaqişəni indi olmasa da, gələcəkdə, bir-neçə onillikdən sonra öz xeyrinə həll edəcəyini bildirib.

O deyib: “Biz heç vaxt təslim olmayacağıq. Müharibə bu gün dayansa da, gələcəkdə mütləq yenidən baş qaldıracaq. Odur ki, biz sahibkarlar münaqişəni birdəfəlik kökündən həll etmək üçün Azərbaycan tərəfinə sərfəli bir sövdələşmə təklif edirik. Dünyanın müxtəlif ölkələrində yaşayan biz erməni biznesmenləri Dağlıq Qarabağın torpaqlarını indiki bazar qiyməti ilə Azərbaycandan satın almağa hazırıq.”

Qrant Aqasyan “qiymətqoyma prosesində” bombalanmış obyektlərin vəziyyətini, eyni zamanda “Dağlıq Qarabağı” itirəcəyi təqdirdə Azərbaycanın dövlət büdcəsinin nə qədər ziyana düşəcəyini nəzərə almaqla hesablamalar aparmağı təklif edib. “Biz, dünyadakı erməni sahibkarları yığışıb həmin məbləği toplamağa və Qarabağı Azərbaycandan pulumuzla alıb orada yaşayan zavallı insanlarımıza verməyə hazırıq”, – deyə erməni biznesmeni videomüraciətində bildirib.

Əlbəttə, elementar mənəvi-əxlaqi dəyərlər haqqında anlayışı olmayan, kamera qarşısında normal oturuş qaydasını bilməyən “qədim, mədəni xalqın” mədəniyyətsiz gədəsinin belə bir həyasız təklifi verməsi təbiidir. Şər dağarcığı olan bu tayfanın ibtidai düşüncəsindən ən idbar fikirlərin çıxması gözləniləndir. Pulu çox, şərəfi az olan erməni biznesmenin Azərbaycana belə sərsəm təklifi genetik xislətin əlaməti olaraq heç də təəccüblü deyil.

Axı, bazar gədəsi hardan bilsin ki, Qarabağ məfhumu Azərbaycan xalqı üçün coğrafi məkandan daha çox mənəvi dəyərə malik anlayışdır. İdrakı sönüklər necə anlaya bilər ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin yurdu-yuvası, dahilər məskəni, minlərlə şəhidimizin əbədi məkanı, ipək nənələrimizin, ağbirçək analarımızın göz yaşları ilə suvarılımış o doğma torpaqlar hər bir azərbaycanlı üçün Müqəddəs Ev timsalındadır! Biz öz doğma yurdumuza, Müqəddəs Evimizə qayıdırıq. Müqəddəs olanı isə bazara çıxartmaq, al-ver predmetinə çevirmək ancaq sivilizasiyadan bixəbər, yer üzünə səpələnmiş vətənsiz, sərgərdan qəbilə sürüsünün düşüncəsində ola bilər. Qarabağ torpağının da satıla biləcəyi ideyası ancaq özünü satanların ağlına gələ bilər. Bizim  Vətən dərsliyində isə torpaq satmaq fəsli yoxdur…

Burası aydın!

Ancaq bu təklifə başqa bir yöndən baxanda, hərbi-siyasi analizlər üçün maraqlı informasiyalar görünür. Məsələn, bu zağar dığanın sərsəm təklifinin əks üzündə cəbhədəki vəziyyətin mənzərəsi, düşmənin pərişan halının dəqiq diaqnozu var. Belə ki, Odlar Yurdundan düşmənin başına od yağdığını görən dünya erməniliyi bu aciz təklifi ilə Ordumuzun zəfər yürüşünün qarşısıalınmaz olduğunu etiraf etmiş olur. Onlar müharibə meydanında Ermənistanın biabırçı məğlubiyyətə uğrayacağını anlayır. Odur ki, hansı yolla olur-olsun “mavi erməni arzusunu” reallaşdırmağa çalışan “diaspor fəalları” mənəviyyatdan kənar iyrənc təklifi irəli sürməklə öz əlacsız durumunu büruzə verir.

Biz bu qeyri-ciddi təklifdən çox ciddi nəticələr çıxartmalıyıq. Bilməliyik ki, əgər  indi məsələ kökündən həll olunmasa, problem yenə də yarımçıq qalsa, “humanistlik” naminə yenə də “qonşuluq”, “qonaqpərvərlik”, “birgəyaşayış” prinsiplərini önə çəkib qarı  düşmənə güzəştə getsək, bütün müstəvilərdə (hərbi, siyasi, hüquqi) tam və qəti şəkildə məsələni kökündən bitirməsək, gələcək nəsillərimizə “quyruğu tapdanmış yaralı ilan” kimi çox acı bir miras qoymuş olacağıq.

Qrant Aqasyanın dediyi kimi, aradan bir neçə onilliklər keçəndən sonra, biz bu dünyada olmayanda “yaralı ilan” özünü toparlayıb güc, qüvvə, tərəfdaş yığıb yenə də başını qaldıracaq, kiminsə arxasından çıxıb tarixdə dəfələrlə göründüyü kimi zəhərini nəvə-nəticələrimizin üstünə tökəcək. Dədə-babalarımızın onlardan çəkdiyi zülmü, bizim od-alovunun içindən keçdiyimiz müsibətləri, ağrı-acıları, faciələri onlara  da  yaşadacaqlar.

Odur ki, problemi indi həll etməliyik. Onu nəyin bahasına olursa-olsun hərbi, siyasi və hüquqi müstəvilərin bütün mərhələlərində fundamental qələbə ilə başa çatdırmaq vacibdir. Elə etmək lazımdır ki, Ali Baş Komandanın dediyi kimi, “erməni bir də dönüb biz tərəfə baxmasın!”

İndi ümid Azərbaycan Əsgərinədir! Qətiyyətli komandanlığın rəhbərliyi altında tam və qəti qələbəyədək irəli getmək, düşməni beynəlxalq hüquqda tanınmış sərhədlərimizdən tamamilə və birdəfəlik qovub çıxartmaq, Azərbaycan bayrağını Şuşada, Xankəndidə dalğalandırmaq Ordumuzun şərəf işidir!

Düşməni diz çökdürüb onu təslimçilik aktına qol çəkdirmək üçün iki yüz ildən bəri ilk dəfə yaranmış fürsəti əldən buraxmaq olmaz! Gələcək nəsillər bunu bizə bağışlamaz!

Vətən müharibəsi Azərbaycanın haqq işidir!

Hər şey cəbhə üçün, hər şey qələbə üçün!

Qarabağ – Azərbaycandır!!!

  • Azeri
    Oktyabr 24, 2020 - 21:55

    Ona demək lazımdır ki, pul bizdə onlardan çoxdur.nə qədər istəyirlər verək Ermənistan ərazisinə düşən torpaqlarımızı qaytarsinlar.bir də əlimizi batırmayaq

  • Aqil
    Oktyabr 24, 2020 - 22:41

    Ermənistanın qucaq dövləti statusunu itməsindən təlaş keçirən bu tip şərəfsizlərin əsas məqsədi yad ölkələrdə əldə etdikləri sərvətlərini itirməmək xatirinə manipulyası edir, tərəfdaş toplayırlar.

Azeri üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*