Putin Şimali Koreya hərbçilərinin Rusiya ərazisində olmasını təkzib etmədibackend

Putin Şimali Koreya hərbçilərinin Rusiya ərazisində olmasını təkzib etmədi

Rusiya prezidenti Vladimir Putin Amerikanın Şimali Koreyanın Rusiyaya qoşun yeritməsi ilə bağlı iddialarını təkzib etməyib. 

KONKRET.az xəbər verir ki, oktyabrın 24-də mətbuat konfransında Putinə KXDR-dən Rusiyaya hərbi birləşmələrin gətirilməsiylə bağlı peyk fotoşəkilləri ilə bağlı sual verilib. Rusiya prezidenti isə:”Fotolar ciddi məsələdir. Əgər fotolar varsa, deməli, onlar nəyisə əks etdirir”-deyə cavab verib. Rusiya prezidenti qeyd edib ki, NATO qoşunları uzun müddətdir Ukrayna münaqişəsində birbaşa iştirak edir: “Koreya Xalq Demokratik Respublikası ilə münasibətlərimizə gəlincə, bildiyiniz kimi, bu gün strateji tərəfdaşlıq haqqında sazişimiz ratifikasiya olunub. Şimali Koreya rəhbərliyi bizim razılaşmalarımıza ciddi yanaşır. Amma nəyi və necə edəcəyik, bu, həmin maddə çərçivəsində bizim öz işimizdir”. Rusiya prezidenti həmçinin bildirib ki, Moskva vəziyyəti gərginləşdirmək istəmir: “Biz bu eskalasiyaya hazırıq. Bununla məşğul olan ölkələrin buna hazır olub-olmadığını düşünün”. Rusiya və KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlığa dair saziş iyun ayında Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In tərəfindən imzalanıb. 4-cü maddəyə əsasən, tərəflərdən biri bir və ya bir neçə dövlətin silahlı hücumu nəticəsində müharibə vəziyyətində olarsa, digər tərəf sərəncamında olan bütün vasitələrlə ona dərhal hərbi yardım göstərməlidir.

Müqavilə qeyri-müəyyən müddətə qüvvədədir. Dövlət Duması sənədi oktyabrın 24-də ratifikasiya edib. Daha əvvəl ABŞ Şimali Koreyanın Rusiyaya Ukraynada döyüşmək üçün 3000 əsgər göndərdiyi barədə məlumat yayıb. Bundan əvvəl isə Cənubi Koreya KXDR-in Rusiyaya 1500 xüsusi təyinatlı göndərdiyi barədə bəyənat yayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*