“3+3” formatı Qafqaz regionunda problemlərin sülh yolu ilə həlli üçün ən yaxşı yoldur.
KONKRET.az xəbər verir ki, bnunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu iranlı həmkarı Məhəmməd Rza Aştiani ilə danışıqlar zamanı bildirib.
Şoyqu Qafqazda baş verən son hadisələrlə bağlı İsranın mövqeyini dəstəkləyib və üçüncü ölkələrin regionda olmasını tənqid edib.
Aştiani öz növbəsində bildirib ki, Qafqaz regionu ölkələrinin ərazi bütövlüyünün qorunması İran üçün qırmızı xətlərdən biridir.
O, həmçinin Rusiya ilə, o cümlədən Yaxın Şərqdə terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq təcrübəsini yüksək qiymətləndirib.
Ariz Həsənoğlu,
KONKRET.az
