Qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanıldıbackend

Qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanıldı

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq elektrik avadanlığından istifadə etməklə balıq ovlayan  rayon sakinləri,  S. Hümbətov, N. Rəcəbov, H. Bayramov saxlanılıblar.

KONKRET.az xəbər verir ki, onların Gorançay çayının rayon ərazisindən keçən hissəsində elektrik avadanlığından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olduqları müəyyən edilib.

Həmin şəxslər saxlanılan zaman onlardan müxtəlif elektrik avadanlıqları və qanunsuz ovlanmış balıqlar maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*