“Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyi də eyni çərçivədə təmin edilməlidir” – İran XİNbackend

“Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyi də eyni çərçivədə təmin edilməlidir” - İran XİN

İran Qarabağda atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani bildirib.

Onun sözlərinə görə, müharibə dağıntı və nifrətin yayılmasından başqa heç bir nəticə vermir, regionun sabitliyini və təhlükəsizliyini təhdid edir. Razılaşmanı alqışlayan diplomat bölgədə hərbi əməliyyatların davam etdirilməsi üçün artıq heç bir əsasın olmadığını bildirib və bölgədə daha müharibələrin olmayacağına ümid etdiyini deyib.

“İran region ölkələrinin tanınmış beynəlxalq sərhədləri daxilində ərazi bütövlüyünə tam hörmət edilməsini tələb edir və hesab edir ki, Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyi də eyni çərçivədə təmin edilməlidir”, – Kənani qeyd edib.

O, Tehranın müvafiq davamlı sülh proseslərinə töhfə verməyə hazır olduğunu bildirib və üçüncü tərəflərin regiona müdaxiləsi yalnız mövcud problemləri çətinləşdirəcək və mövcud razılaşmaları təhlükə altına salacaq.

Ariz Həsənoğlu,

KONKRET.az

  • Namiq
    Sentyabr 21, 2023 - 15:39

    Bu sərsəmdən soruşmaq lazımdı ki, əgər insan hüquqlarının təminatından danışırsansa, iran ərazisində Azərbaycanlıların hüquqları niyə təmin olunmur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*