Qayıq batdı: 15 uşaq BOĞULDUbackend

Qayıq batdı: 15 uşaq BOĞULDU

Nigeriyanın şimal-qərbində qayığın batması nəticəsində azı 15 uşaq boğularaq ölüb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Şaqari rayon (Sokoto ştatı) administrasiyasının nümayəndəsi Alia Abubakar məlumat verib.

Onun sözlərinə görə, qəzada daha 25 nəfər itkin düşüb. 13 qız və 2 oğlanın meyiti sudan çıxarılıb.

Abubakar əlavə edib ki, xilasedicilər və dalğıclar itkin düşənlərin axtarışını davam etdirirlər.

Ölənlərin yaşı açıqlanmayıb.

Nigeriyanın “Vanguard” qəzetinin məlumatına görə, qayıq Şaqari su anbarında batıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*