Qazax deputat Rusiyadan Qazaxıstanın dövlətçiliyinə hörmət etməyi TƏLƏB ETDİ – VİDEObackend

Qazax deputat Rusiyadan Qazaxıstanın dövlətçiliyinə hörmət etməyi TƏLƏB ETDİ - VİDEO

Qazax deputat Rusiyadan Qazaxıstanın dövlətçiliyinə hörmət etməyi tələb edib

KONKRET.az xəbər verir ki, bu barədə KazTAG agentliyi məlumat yayıb. Agentlik bildirir ki, çərşənbə günü Parlament Məjlisinin iclasında deputat Azat Peruaşev Rusiyadan Qazaxıstanın dövlətçiliyinə hörmətlə yanaşmağı tələb edib.

“Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin (Mariya Zaxarova – red.) Qazaxıstan və səfirimizlə bağlı verdiyi şərhlər yersizdir, düzgün deyil və münasibətlərimizin ruhuna uyğun gəlmir. Qazaxıstan Rusiyanın, bütövlükdə Rusiya dövlətinin mövqeyinə və nümayəndələrinə hörmətlə yanaşır. Eyni şəkildə Rusiya da ölkəmizə və Qazaxıstanın Rusiyadakı səlahiyyətli nümayəndəsi olan səfirimizə hörmət etməlidir.

Bildiyimə görə, bu gün Qazaxıstan Xarici İşlər Nazirliyi müvafiq bəyanatla çıxış edib, artıq bu gün yayılır. Ümumiyyətlə, biz belə bir tonun Rusiya ilə Ukrayna arasında gedən müharibə ilə bağlı olduğunu başa düşürük. Lakin Qazaxıstan heç kimlə müharibə aparmır, ona görə də biz nümayəndələrimizə və dövlətçiliyimizə hörmət tələb edirik”, – deyə Peruaşev bildirib.

Xatırladaq ki, Vrublevski bundan əvvəl rus etnik qrupunun nümayəndələrini ölümlə hədələyib. Daha sonra Qazaxıstan Xalqları Assambleyası Ukrayna səfirinin ruslara qarşı təhdidlərini pisləyib. Diplomat Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb. Sonradan məlum olduğu kimi, o, verdiyi açıqlamalara görə üzr istəyib.

Oktyabrın 4-də məlum olub ki, Qazaxıstan səfiri Yermek Koşerbayev Ukrayna səfiri Petr Vrublevski ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Oktyabrın 5-də Qazaxıstan Xarici İşlər Nazirliyi Ukraynanın səfiri Petr Vrublevskinin Ukrayna tərəfinin qərarı ilə Qazaxıstanı tərk edəcəyini açıqlayıb. Zaxarovanın bəyanatı Qazaxıstan və Rusiya arasında müttəfiqlik münasibətlərinin xarakteri ilə ziddiyyət təşkil edir. Məjlisin deputatı Aydos Sarım Zaxarovanın açıqlamasına münasibət bildirərkən belə bir fikir bildirib ki, o, Vrublevskinin onsuz da Qazaxıstanı tərk edəcəyini bildiyi üçün vəziyyətdən istifadə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*