Qazaxıstanın Karaqanda vilayətində şaxtada qəza nəticəsində 16 nəfər həlak olub.
KONKRET.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan daha 18 nəfər xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə qəzaya metan qazının partlaması səbəb olub.
“ArcelorMittal Temirtau” şirkətini bildirir ki, qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-i çölə çıxarılıb. Hadisə yerində xilasedicilər işləyir.
