“Qərbdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq” – Xaçatryanbackend

"Qərbdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq" - Xaçatryan

“Qərbdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan deyib.

O bildirib ki, Ermənistan 9 noyabr səhvini təkrar etməyəcək.

“Məqsədimiz odur ki, sülh sazişi imzalanandan sonra konkret qarantlar olsun ki, hər hansı pozuntu baş verərsə, biz hansı beynəlxalq mexanizmlərdən istifadə edə bilərik. Noyabrın 9-dan sonra bütün Rusiya zəmanətləri itdi. Ermənistan bu səhvi ikinci dəfə təkrar etməyəcək”, – deyə Xaçatryan bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*