Qeysəriyyə əməliyyatı keçirən qadın ayyarımdan sonra xəstəxanada öldübackend

Qeysəriyyə əməliyyatı keçirən qadın ayyarımdan sonra xəstəxanada öldü

Qusar Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı keçirən qadın ayyarımdan sonra xəstəxanada ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə ”Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, cari il yanvarın 23-də “Qusar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin ginekologiya və doğum şöbəsində qeysəriyyə əməliyyatı keçirən Aygün Nemətovanın martın 7-də həmin xəstəxananın reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*