ABŞ İrana növbəti dəfə xəbərdarlıq etdibackend

ABŞ İrana növbəti dəfə xəbərdarlıq etdi

ABŞ vasitəçilər vasitəsilə İrana Hörmüz boğazında naviqasiya azadlığının pozulmasına səssiz qalmayacağı barədə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, məlumata əsasən, Vaşinqton Tehrandan Hörmüz boğazında kommersiya gəmilərini hədəfə almamaq barədə yazılı və açıq öhdəlik götürməsini tələb edib.

Ağ Ev rəsmiləri vasitəçilər üzərindən İran tərəfinə bildiriblər ki, gəmilərə qarşı hücumların davam etməsi hərbi nəticələrə səbəb ola bilər və Hörmüz boğazında istənilən düşmənçilik addımı “ciddi nəticələr” doğuracaq.

Məlumatda qeyd olunur ki, son günlər boğazda gəmi təhlükəsizliyi ilə bağlı gərginliyin artmasından sonra ABŞ ordusu İranın beş əyalətində yerləşən hədəflərə zərbələr endirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*