Qəzzada həlak olan BMT əməkdaşlarının sayı AÇIQLANDIbackend

Qəzzada həlak olan BMT əməkdaşlarının sayı AÇIQLANDI

Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının (BMT) 29 əməkdaşı həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə təşkilatın Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) məlumat yayıb.

“Biz şokdayıq və yas içindəyik. Oktyabrın 7-dən Qəzzada 29 həmkarımızın öldürüldüyü təsdiqlənib”, – agentliyin “X” sosial şəbəkə hesabında bildirilib.

Məlumata görə, həlak olanların təxminən yarısı Fələstin məktəblərində müəllim işləyirdi.

Qeyd edək ki, son məlumatlara görə, oktyabrın 7-dən İsraildə 1,4 min, Qəzza zolağında isə ölənlərin sayı 4,3 min nəfərə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*