Qırıcılarımız İstanbul səmasında şou göstərdi – YENİLƏNİB – VİDEObackend

Qırıcılarımız İstanbul səmasında şou göstərdi - YENİLƏNİB - VİDEO

 

 

 

 

 

 

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarələri Bosfor boğazı üzərində uçuşu həyata keçirib.

KONKRET.az xəbər verir ki, bununla bağlı görüntülər TEKNOFEST-in (Aerospace and Technology Festival) rəsmi “Twitter” hesabında paylaşılıb.

Azərbaycan və Türkiyə qırıcılarının uçuşu 21-26 sentyabr arasında İstanbulda keçiriləcək TEKNOFEST-dən (Aerospace and Technology Festival) əvvəl salamlama məqsədi ilə təşkil edilib.

Həmin videonu təqdim edirik:

***

 10:30
21-26 sentyabr arasında İstanbulda keçiriləcək TEKNOFEST-dən (Aerospace and Technology Festival) əvvəl Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Bosfor səmasında salamlama uçuşu edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində qeyd edilir:

“Saat 11:00-11:30 (Bakı vaxtı ilə saat 12:00-12:30) arasında gözləriniz İstanbul səmasında olsun.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarələri Bosfor boğazı üzərində salamlama uçuşu həyata keçirəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*