Ərdoğan ABŞ-a səfərini təxirə salıb – YENİLƏNİBbackend

Ərdoğan ABŞ-a səfərini təxirə salıb - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika lideri Co Baydenlə görüşməli olduğu ABŞ-yə səfərini təxirə salıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” Türkiyə rəsmisinə istinadən məlumat yayıb.

“Türkiyə rəsmisi bildirib ki, Ərdoğan və Ağ Ev arasında mayın 9-na planlaşdırılan görüş təxirə salınıb”, – nəşr yazıb.

Qeyd edək ki, mart ayında Türkiyənin “Hürriyet” qəzeti mənbələrə istinadən Ərdoğanın Baydenlə görüşmək niyyəti barədə məlumat yayıb.

12:12

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə planlaşdırılan səfərin ləğvi ilə bağlı göstəriş verməyib. Ankara və Vaşinqton səfər proqramı ilə bağlı danışıqlar aparır.

KONKRET.az xəbər verir ki, Ərdoğan və ABŞ prezidenti Co Bayden arasında danışıqlar mayın 9-na planlaşdırılıb. Bununla belə, Ağ Evin sözçüsü Con Kirbi cümə axşamı deyib ki, Baydenin cədvəlində belə bir görüşlə bağlı proqram yoxdur.

Ərdoğanın ABŞ-yə gözlənilən səfəri ilə bağlı spekulyasiyalar “İsrail lobbisi” ilə əlaqələndirilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*