Ukraynadakı müharibə daha da genişlənə bilər – Çinin XİN başçısıbackend

Ukraynadakı müharibə daha da genişlənə bilər - Çinin XİN başçısı

Ukraynadakı müharibənin daha da genişlənməsi riski var. 

KONKRET.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq İ Qətərin “Peninsula” nəşrinə müsahibəsində deyib.

O, bütün tərəfləri atəşkəs və sülh üçün şərait yaratmağa çalışıb: “Beynəlxalq həmrəylik güclənməlidir. Sülhə nail olmaq üçün səyləri birləşdirmək lazımdır. Gərginliyi azaltmaq üçün əməli tədbirlər görülməlidir”.

Nazir bildirib ki, böhranın həlli üçün hansısa sehirli vasitə yoxdur: “Bunun üçün özümüzdən başlamalıyıq”.

Van İ vurğulayıb ki, xaosdan öz məqsədləri üçün istifadə edən və “alova benzin atan”lara qarşı mübarizə aparılmalıdır.

Çinin xarici işlər naziri bir daha Pekinin Ukrayna böhranının həlli üçün beynəlxalq konfransın çağırılmasına dəstəyini ifadə edib: “Bu konfransda Moskva və Kiyev müharibənin bərabər şərtlərlə həllinin mümkün yollarını müzakirə edə bilərlər”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. (Report)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*