Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı avtomobil qəzasında öldü – FOTO – YENİLƏNİBbackend

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı avtomobil qəzasında öldü - FOTO - YENİLƏNİB

Quba-Susay avtomobil yolunda baş verən qəzada dünyasını dəyişən Elşən Qasımov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşıdır.

KONKRET.az xəbər verir ki, hadisə “VAZ-21015” markalı minik avtomobilinin maneə çırpılması nəticəsində baş verib. Sürücü Elşən Qasımov ölüb, avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

***

04.02  22:23  

Quba-Susay avtomobil yolunda hərəkətdə olan “VAZ-21015” markalı minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində sürücü, 1995-ci il təvəllüdlü Qasımov Elşən Bağır oğlu aldıgı xəsarətlərdən ölüb.

KONKRET.az-ın məlumatına görə, E.Qasımovun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*