Qusarda həkimin səhvi azyaşlını ölümcül hala saldıbackend

Qusarda həkimin səhvi azyaşlını ölümcül hala saldı

Uşaq ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Bu gün axşam saatlarında Qusar rayon Cağar kənd sakini Kamilova Larisa İlqar qızı səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya çatdırılıb. Qusar Mərkəzi Rayon Xəstəxanasında Larisa Kamilovaya iynə vurulub. Həmin iynədən sonra xəstənin vəziyyəti pisləşib və o, reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin yaxınlarının Konkret.az-a verdiyi məlumata görə, qızcığazın bu hala düşməsinə səbəb həkim səhlənkarlığı olub. Belə ki, xəstəxanada uşağa vurulan iynədən əvvəl sınaq qoyulmayıb. Hazırda Larisa Kamilova Qusar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır. Onun vəziyyəti ağır olaraq qalır.

Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*