Ramiz Mehdiyevin icra başçılarına tikdirdiyi mülklər – FOTO / VİDEObackend

Ramiz Mehdiyevin icra başçılarına tikdirdiyi mülklər – FOTO / VİDEO

Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə bir çox icra başçısına özünə ev və digər mülklər tikdirdiyi bildirilir.

KONKRET.az 7times-a istinadən xəbər verir ki, həmin mülklərdən biri Xaçmaz rayonunun Nabran istirahət zonasında yerləşir. 1 hektar ərazini əhatə edən 4 mərtəbəli villa 2012-ci ildə Xaçmazın keçmiş icra başçısı Şəmsəddin Xanbabayev tərəfindən tikilərək Ramiz Mehdiyevə hədiyyə edilib. Villanın daxilində hovuz və idman meydançası da mövcuddur.

 

Ramiz Mehdiyevə villa hədiyyə edən icra başçıları arasında Siyəzən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Novruz Novruzov da var. O, Şabran rayonuna rəhbərlik etdiyi dövrdə rayonun Gilavar kəndində 2 ev tikdirərək Ramiz Mehdiyevə hədiyyə edib. Kəndin ucqar hissəsində yan-yana inşa edilən bu evlərdən biri taxta konstruksiyalıdır. Rayon mərkəzindən təxminən 30 km məsafədə yerləşən kənddə Ramiz Mehdiyevə məxsus daha bir villa da mövcuddur.

7Times.az həmin villaların şəkillərini təqdim edir.

      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*