ABŞ dövlət katibi Marko Rubbio Cənubi Qafqazda sülhün bərqərar olunacağına ümid etdiyini bildirib.
KONKRET.az xəbər verir ki, Rubbio Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını mümkün hesab edir və bu istiqamətdə proseslərin yaxın zamanlarda nəticə verəcəyinə inanır:
“Biz Hindistanla Pakistan arasında müharibəni dayandırdıq. Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülh sazişi əldə etdik. Həmçinin 12 günlük müharibəni ABŞ-ın müdaxiləsi ilə sonlandırdıq. ABŞ bu cür münaqişələri həll edə bilən dünyadakı yeganə ölkədir. Ümid edirəm ki, Azərbaycanla Ermənistan arasında da sülh razılaşması yaxın vaxtlarda əldə olunacaq”, – deyə o vurğulayıb.
Natiq Səlim,
KONKRET.az