Dövlət Dumasının deputatları Polşadan gələn yük maşınlarının Rusiya ərazisindən keçməsini qadağan etməyi təklif edib. Bu təşəbbüs Dövlət Dumasının Nəqliyyat İnfrastrukturunun İnkişafı Komitəsinin rəhbəri Yevgeni Moskviçev tərəfindən irəli sürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
“Hökumətdən xahiş edirəm ki, iyunun 1-dən Polşanın nəqliyyat şirkətlərinə Rusiya ərazisindən idxal-ixrac yüklərinin daşınmasını qadağan edən fərmana dəyişiklik etsin”, – deyə deputat bildirib.
Moskviçev bu qərarı aprelin 29-da Rusiyanın Varşava səfirliyindəki məktəbin ələ keçirilməsinə cavab olaraq qiymətləndirib.
Həmçinin o, Rusiya yanacaqdoldurma məntəqələrində Polşa yük maşınları üçün dizelin qiymətini 1,5-2 dəfə artırılmasını təklif edib.
Deputatın sözlərinə görə, bu təşəbbüs artıq hökumətlə müzakirə olunub.
İqbal Rzayev,
KONKRET.az
