Rusiyada da Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsi saxlanıldıbackend

Rusiyada da Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsi saxlanıldı

Təbii Sərvətlər Nazirliyinin Xüsusi Mühafizə olunan Təbiət Əraziləri Departamentinin direktor müavini Aleksey Yakovlev saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyi yayıb. Məmurun saxlanılması Taqanay Milli Parkında işlədiyi müddətdə yol verdiyi ciddi qanun pozuntuları olub.

İdarənin Teleqram kanalı işin təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, Aleksey Yakovlev 2021-ci ilin yanvarında Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyinə gəlib. Bundan əvvəl o, 11 il (2010-cu ildən) Çelyabinsk vilayətindəki Taqanay Milli Parkının direktoru olub.

Taqanay Milli Parkı 1991-ci ildə Çelyabinsk vilayətinin Zlatoust yaxınlığında Cənubi Uralda yaradılıb. Parkın sahəsi 568 kvadratmetrdir. Buraya Taqanay dağ silsiləsi daxildir. Parkın görməli yerlərindən biri də “Üç Qardaş” qayalar qrupudur.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*