Rusiyada qadınlar kişilərdən daha çoxdur – SƏBƏBbackend

Rusiyada qadınlar kişilərdən daha çoxdur - SƏBƏB

Statistik məlumatlara görə, dünyada oğlan uşaqları qız uşaqları ilə müqayisədə 3-5 faiz artımla doğulur.

Konkret.az rus mediasına istinadla xəbər verir ki, Rusiyada da daha çox oğlan uşaqları doğulur. Lakin bütün dünyada kişilər qadınlara nisbətən qısa ömürlü olur. Səbəb isə kişilərin həyatı və sağlamlığındakı problemlərlə sıx bağlıdır.

Rusiyaya gəldikdə, kişi və qadınlar arasında ömür fərqi 10 ilə qədərdir. Bu ölkədə kişilər ya qəza nəticəsində, ya da sağlam olmayan yaşayış tərzi ilə həyatları ilə qadınlara nisbətən tez vidalaşmalı olurlar.

Rusiya Dövlət Statistika Xidmətinin məlumatına görə, 2019-cu ildə 1000 kişiyə 1154 qadın düşür. Xidmətin proqnozunda gösərilir ki, 2036-cı ilə qədər bu nisbət 1000-1128 təşkil edəcək.

M.ƏHMƏDOV

Bir cavab yazın