Rusiyanın Moldova hökumətini devirmək planları İFLASA UĞRADIbackend

Rusiyanın Moldova hökumətini devirmək planları İFLASA UĞRADI

Rusiya yazda Moldova hökumətini devirməyi planlaşdırıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Maia Sandu bildirib.

Onun sözlərinə görə, gələcəkdə belə cəhdlər daha çox olacaq:

“Bu yazda hökuməti devirmək planları var idi, amma bu, təhlükəsizlik orqanlarımızın sayıqlığı nəticəsində baş tutmadı. Əminik ki, yenidən cəhd edəcəklər, amma bu barədə konkret məlumatım yoxdur”.

Moldova Prezidenti hökuməti devirmək üçün yeni cəhdlər gözləyir. Onun fikrincə, Kreml Kişinyovdakı hökuməti rusiyayönlü hökumətə dəyişməyi və müharibədə Moldovadan Ukraynaya qarşı istifadə etməyi planlaşdırır.

Rusiya Moldova hökumətini devirmək planlarını təkzib edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*