Ruslar və azərbaycanlıların bacarmadığını ermənilər çoxdan edibbackend

Ruslar və azərbaycanlıların bacarmadığını ermənilər çoxdan edib

Əksər insanlar diasporun sadəcə xarici ölkədə yaşayan müəyyən bir millətin nümayəndələrinin toplusu olduğunu düşünürlər. Ancaq bu, heç də belə deyil. Diaspor sadəcə bir dəstə insandan ibarət deyil, bir özünütəşkiletmə sistemidir.

Bu, ilk növbədə insanların özünütəşkiletmə sistemindən asılıdır. Hər millətin ictimai şüurunda özünütəşkiletmə sisteminin müəyyən bir alqoritmi təyin olunur. Bu, ayrı-ayrı fərdlərin hər hansı bir şəkildə istəklərindən və ya şüurundan asılı deyil, reflekslər səviyyəsində işləyir.

Təsəvvür etdiyim qədəri ilə insanların iki özünütəşkilat sistemi var: Lideri olan və ümumi təşəbbüslər naminə qurulan təşkilat.

Rus xalqı üçün özünütəşkiletmə sistemi həmişə alt səviyyədə deyil, lider vasitəsilə baş verir. Ruslar xarici bir ölkənin ərazisində yaşadıqda, çox nadir hallarda anklavlar qururlar. Onlar əsasən yaşadığı ölkəyə və onun idarəetmə sisteminə uyğunlaşmağa çalışırlar. Bunun üçün ortaq bir liderə ehtiyac yoxdur. Bu vəziyyətdə prinsipcə özünütəşkiletməyə ehtiyac qalmır. Təəssüf ki, belə bir ehtiyac birdən-birə yarananda, lakin lider olmadıqda diaspor yaratmaq mümkün olmur. Beləcə Rusiya xaricdə özünütəşkiletmə prosesində uğur qazana bilmir.

Odur ki, SSRİ-nin dağılması zamanı müstəqil dövlətlərə çevrilmiş keçmiş sovet respublikalarının heç biri praktik olaraq güclü diaspora malik deyil. Özünümüdafiə üçün lazım olan diasporu yalnız iki xalq qura bilib.

Lider yoxdursa, özünütəşkiletmə də yoxdur.

Azərbaycanlılarda da belədir. Güclü lider olmadan təşkilatlanma prosesi zəif olur. Həm də dünyanın heç bir yerində Azərbaycanın güclü diasporları yoxdur. Bəzi ölkələrdə azərbaycanlılar İran və ya Türkiyə diasporları ilə birləşiblər.

Rusiyada bir neçə milyon azərbaycanlı var, amma yenə də diaspor yoxdur. Bir neçə rəsmi təşkilatın olması isə heç nə demək deyil. Çünki bu, bir xalqın öz təşəbbüsü deyil. Ya Azərbaycan oliqarxlarının, ya da Azərbaycanın özünün qrantları hesabına yaşayan ayrı-ayrı funksionerlərin təşəbbüsləri hesabına təşkilat yaranır. Sirr deyil ki, belə qurumlar donorların maraqlarını təşviq etmək üçün yaradılır.

Bəzi oxucular azərbaycanlıların kifayət qədər özlərini təşkil etdikləri bazarlara eyham vura bilərlər. Ancaq bu, birincisi, okeandakı bir damladır. İkincisi, ümumi əməyin rahatlığı üçün hansısa şəxsin Rusiyada bir təşkilat yaratmasının diasporla heç bir əlaqəsi yoxdur.

русские в США

Ruslardan və azərbaycanlılardan fərqli olaraq, ermənilər və yəhudilər üfüqi, kütləvi özünütəşkiletmə sisteminə malikdirlər. Onlar yaşadıqları yerdə özlərini idarə etməklə yanaşı, həm də yaşadıqları ölkələrin rəhbərliyini də idarə etməyə çalışan real diasporlar yaradırlar. Onların “dost və ya düşmən” identifikasiya sistemi sadədir: etnik mənşə.

Belə ki, yad insanlar erməni və ya yəhudi diasporuna heç bir halda daxil ola bilmirlər.

Təbii ki, özünütəşkiletmə sistemi bir liderin mövcudluğunu nəzərdə tutmadığı zaman bu cür sistemlər bir xalqın ən azı bir neçə üzvünün olduğu hər yerdə meydana gəlir. Buna görə də bu xalqların yaşadığı demək olar ki, bütün ölkələrdə erməni və yəhudi diasporları var.

Əlbəttə, yəhudi diasporunun bir çox maraqlı xüsusiyyətləri mövcuddur. Amma indi bunun üzərində dayanmaq fikrində deyilik.

Bəs yaxşı diaspor yaratmaq bacarığı necə formalaşmalıdır? Erməni və yəhudilər bunu necə bacarır? Sözügedən mövzu çox dərindir. Amma həmin xalqların assimilyasiyanın səmərəliliyi barədə nə düşündüklərindən çox şey asılıdır.

Beləliklə, ruslar xarici ölkələrdə daha tez əriyirlər, azərbaycanlılarda bu, bir qədər fərqlidir. Amma ermənilər və yəhudilər uzun illər başqa dövlətlərdə ayrı bir millət olaraq seçilə bilirlər.

Bütün bunlar demoqrafiya, miqrasiya, dövlət və sosial siyasətlə məşğul olanlar tərəfindən nəzərə alınmalıdır.

Natiq Səlim,

KONKRET.az

Mənbə: Panurq Rable

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*