Şabranda tövlə yandı – mal-qara və ev quşları tələf oldubackend

Şabranda tövlə yandı - mal-qara və ev quşları tələf oldu

Şabran rayonunun Rəhimli kəndində tövlədə yanğın olub, iribuynuzlu heyvan və ev quşları tələf olub.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Rəhimli kəndində Ağamalıyev Fərrux Fərhad oğluna məxsus təsərrüfatda baş verib.

Belə ki, tövlənin içərisindəki 15 baş iribuynuzlu heyvan və 100-ə yaxın ev quşu 1500 ədəd ot bağlaması ilə birlikdə yanıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Hadisənin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*