Şahmatçı Kasparov “terror icması” yaratmaqda ittiham olunubbackend

Şahmatçı Kasparov “terror icması” yaratmaqda ittiham olunub

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda ittiham olunublar.

KONKRET.az xəbər verir ki, Komi məhkəməsi onları qiyabi həbs edib.

Həmçinin Sıktıvkar Şəhər Məhkəməsi şahmatçısı və keçmiş deputatı “terrorçuluq fəaliyyətini maliyyələşdirməkdə və terrorizmə ictimai çağırışlarda” ittiham edib.

Bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Komi Respublikası üzrə İdarəsinin materialları əsasında cinayət işi başlanıb.

İttihamın təfərrüatı açıqlanmır. (oxu.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*