Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq KƏSİLƏCƏKbackend

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq KƏSİLƏCƏK 

Babək rayonunun Sirab kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Naxçıvan RETSİ-nin məlumatında deyilir.

Qeyd olunub ki, payız-qış mövsümünə uyğun tədbirlər planına əsasən, xəttə toxunan ağacların kəsilməsi və xətt üzərində yerləşən KTM-lərin təmiri işləri ilə əlaqədar 35/10 kilovoltluq “Kərimbəyli” yarımstansiyasından qidalanan 10 kilovoltluq “Sirab” hava elektrik verilişi xətti sifarişə əsasən açılacaq.

Bu səbəbdən oktyabrın 15-də saat 11:00-dan 13:00-dək Babək rayonunun Sirab kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*