Şəmkirdə dörd nəfər dəm qazından zəhərləndi: 3-ü azyaşlıdırbackend

Şəmkirdə dörd nəfər dəm qazından zəhərləndi: 3-ü azyaşlıdır

Şəmkirdə iki ailənin 4 üzvü dəm qazından zəhərlənib.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, zəhərlənənlərdən üçü azyaşlıdır.

Belə ki, 2003-cü il təvəllüdlü Məmmədova Tamara Şükür qızı, 2014-cü il təvəllüdlü Məmmədov Yusif Şükür oğlu, 2021-ci il təvəllüdlü Baytarov Elman Azər oğlu və 2022-ci il təvəllüdlü Baytarov Nihat Azər oğlu dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir. Birinin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti stabil qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*