Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 9 kiloqram 860 qram narkotik vasitə marixuananın İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
KONKRET.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində əraziyə narkotik vasitəni götürmək məqsədilə gələn Bakı şəhər sakinləri – 1991-ci təvəllüdlü Hüseyinov Şəhriyar Səlim oğlu və 2001-ci il təvəllüdlü Əliyev Səttar Niyazi oğlu cinayət məsuliyyətinə cəlb olunub.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
