Pezeşkiandan ultimatum: Güc dilini qəbul etmirik, amma…backend

Pezeşkiandan ultimatum: Güc dilini qəbul etmirik, amma...

İran prezidenti Məsud Pezeşkianın sosial şəbəkələrdə yaydığı məlumata görə, İran-Amerika danışıqları bölgənin dost ölkələrinin dəstəyi ilə həyata keçirilib və irəliləyişə doğru addım kimi qiymətləndirilir.

KONKRET.az xəbər verir ki, Pezeşkian qeyd edib ki, dialoq həmişə sülh yolu ilə məsələlərin həllində İranın strategiyası olub.

“Nüvə məsələlərində bizim məntiqimiz Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsində nəzərdə tutulmuş hüquqlara əsaslanır. İran xalqı həmişə hörmətə hörmətlə cavab verib, amma güc dilini qəbul etmir”, – deyə o bildirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*