Ötən ay 5 kanalın yayımı müvəqqəti dayandırılıbbackend

Ötən ay 5 kanalın yayımı müvəqqəti dayandırılıb

2026-cı ilin yanvar ayında qəbul olunmuş müvafiq qərarlara əsasən 2025-ci ilin sonlarında baş vermiş pozuntulara görə “Dünya TV”, “MTV”, “Space TV” və “Space FM”, cari ilin əvvəlində baş vermiş pozuntuya görə isə “ARB” kanalına qarşı 3 (üç) saatlıq yayımın dayandırılması inzibati cəza tədbiri tətbiq edilib.

KONKRET.az bildirir ki, bu barədə teleqraf-ın sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.

Yayımın dayandırılması 14-15 yanvar tarixlərində icra edilib.

Bildirilib ki, ötən ay “Azercell Telekom” MMC-yə (xidmət adı: “Kinon” olmaqla) universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyalarının (cəmi 2 lisenziya) verilməsi, həmçinin “Neftçi Media” MMC-nin yayım həyata keçirə bilmədiyini nəzərə alaraq platforma yayımçısı lisenziyasının ləğv edilməsi (cəmi 1 lisenziya) ilə bağlı qərar qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*