Si Cinpin 20 ildən sonra ilk dəfə Bəşər Əsədlə görüşəcəkbackend

Si Cinpin 20 ildən sonra ilk dəfə Bəşər Əsədlə görüşəcək

Çin prezidenti Si Cinpin Pekinə səfəri çərçivəsində Suriya prezidenti Bəşər Əsədlə görüşəcək. Bu onu deməyə əsas verir ki, Pekin Yaxın Şərqdə təsirini genişləndirmək üçün əlavə addımlar atır.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg yazır.

Si Cinpin şərqdəki Xançjou şəhərində Asiya Oyunlarında iştirak edəcək xarici ölkə liderləri ilə görüşəcək.

Səfər zamanı Əsədi Suriyanın İqtisadiyyat və Ticarət naziri Məhəmməd Samer əl-Xəlil müşayiət edəcək.

Çin Yaxın Şərqdə diplomatik səylərini gücləndirir, xüsusən də İran və Səudiyyə Ərəbistanı arasında vəziyyəti yumuşatmağa kömək edir. İyun ayında Fələstin prezidenti Mahmud Abbasın Pekinə səfəri zamanı Si, İsrail-Fələstin münaqişəsi ilə bağlı beynəlxalq sülh konfransı keçirməyi təklif etmişdi, baxmayaraq ki, məsələdə irəliləyiş əlaməti çox az idi.

Çinin bu addımı Yaxın Şərqin ABŞ üçün daha az prioritet olduğu bir vaxta təsadüf edir. Keçən ay Çinin BRİKS blokuna daha çox üzv cəlb etmək kampaniyası uğur qazandı və əsas neft ixracatçıları Səudiyyə Ərəbistanı, İran, Misir və BƏƏ də təşkilata qoşuldu.

Qeyd edək ki, Əsəd sonuncu dəfə Çinə 2004-cü ildə, prezident olduqdan təxminən dörd il sonra səfər edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*