“Ukraynanın yaratdığı casus qalmaqalı Macarıstana qarşı böhtandır”.
KONKRET.az xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Ticarət Naziri Peter Siyarto deyib.
Bir müddət öncə Ukrayna xüsusi xidmət orqanları ölkə tarixində ilk dəfə olaraq Macarıstan hərbi kəşfiyyatının casus şəbəkəsini ifşa etdiyini açıqlayıb.
Siyarto isə bildirib ki, Ukraynanın casusluq ittihamı Budapeştin sülhsevər mövqeyinə qarşı aparılan təbliğat kampaniyasının bir hissəsidir.
“Ukraynadakı müharibədən və mövqeyimizi açıq şəkildə bildirdiyimiz vaxtdan bəri biz silah tədarük etmirik, pul göndərmirik. Çünki biz Rusiya ilə enerji əməkdaşlığımızı dayandırmağa hazır deyilik, Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləmirik. Ona görə də, Ukraynada Macarıstana qarşı təbliğat müharibəsi gedir”, – Siyarto vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az