Slovakiya – İngiltərə oyunu azərbaycanlı hakimə tapşırıldıbackend

Slovakiya – İngiltərə oyunu azərbaycanlı hakimə tapşırıldı

Kamal Umudlu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə qarşılaşmasının baş hakimi olacaq.

Bu barədə KONKRET.az-a AFFA-dan bildirilib.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*