Sumqayıtda binada GÜCLÜ YANĞIN – VİDEObackend

Sumqayıtda binada GÜCLÜ YANĞIN - VİDEO

Sumqayıt şəhər 18-ci məhəllədə yerləşən 9/29 nömrəli yaşayış binasında güclü yanğın baş verib.

KONKRET.az xəbər verir ki, yanğın binadakı mənzillərdən birində başlayıb və qısa müddətdə geniş əraziyə yayılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, eləcə də polis qüvvələri cəlb olunub.

Hadisənin kiçik məişət texnikasının alışması nəticəsində baş verdiyi bildirilir. Yanğının qarşısı artıq alınıb.

 

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*