Pensiya və sosial müqavinətlərin artım faizi bəlli oldu – Rəqəmlərbackend

Pensiya və sosial müqavinətlərin artım faizi bəlli oldu - Rəqəmlər

2027-ci il üçün Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyənləşdirilib. Layihəyə əsasən, ölkə üzrə yaşayış minimumunun 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat olması nəzərdə tutulur.

Bəs yeni göstəricilər sosial müavinətlərin məbləğinə necə təsir edəcək? Gələn il sosial ödənişlərdə təxminən neçə faizlik artım gözlənilir?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, gələn il üçün sosial ödənişlər və əməkhaqları ilə bağlı müəyyən artımların olması gözləniləndir, lakin bu artımların dəqiq məbləği və hansı kateqoriyalara şamil ediləcəyi müvafiq qərarlardan asılı olacaq:

“Sosial müavinətlərin artırılması ilə bağlı qərarlar Nazirlər Kabineti tərəfindən verilə, yaxud dövlət büdcəsinin müzakirəsi zamanı parlamentdə müəyyən xərc istiqamətləri təsbit oluna bilər. Başqa sözlə, sosial sahəyə ayrılacaq vəsaitin həcmi və artımların maliyyələşdirilməsi büdcə planlaşdırılması prosesində mühüm rol oynayır. Gələn il təqaüdlərin, sosial müavinətlərin və maaşların 8-10 faiz civarında artırılması real görünür. Mən hansısa kəskin artımın olacağını düşünmürəm”.

İqtisadçının sözlərinə görə, gələn il üçün gözlənilən artımların miqyası barədə ilkin proqnoz vermək mümkün olsa da, yekun rəqəmləri indidən dəqiq müəyyənləşdirmək düzgün olmaz:

“Çünki artımın səviyyəsi dövlət büdcəsində nəzərdə tutulan xərclərdən, hökumətin sosial siyasətindən və qəbul ediləcək qərarlardan asılı olacaq. Yaşayış minimumu insanın əsas ehtiyaclarının ödənilməsi üçün zəruri olan minimum vəsaitin müəyyənləşdirilməsində istifadə olunan göstəricidir. Ehtiyac meyarı isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi zamanı nəzərə alınan əsas göstəricilərdən biridir”.

  • Almas
    Oktyabr 30, 2026 - 21:43

    Niyə aldadırsan

  • Haclbəy Ağaverdiyev
    Oktyabr 31, 2026 - 06:21

    Mən müavinət allram 220,azn 21,il, iş stsjlm var 1989,,ildən,SSRİ,dagllandan sonra zavod fabrikdə baglandl staj ylga bilmədim mənilm günahım deyil ki mənlm,hüququm çatmlrki məndə əmək pensiyası allm hər ay podaxodnly,naloq maaşlmdan tutulurdu istədin istəmədin bəc bu naloq hara getdi?

  • Meylimova Məryəm İsa qızı
    Oktyabr 31, 2026 - 12:24

    Salam bəs mənim anadangəlmə 1 ci qurup muddətsiz orqanimisinin 91%-isləməyən evladimin sosial pesiyasi neçə % artacaq? Bilmək istərdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*