“Supertoys”dan yanğınla bağlı açıqlamabackend

“Supertoys”dan yanğınla bağlı açıqlama

“Supertoys” MMC bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib.

KONKRET.az bildirir ki, “Qafqazinfo”ya şirkətdən verilən məlumata görə, bu gün yanğın baş verən ərazidə “Supertoys” MMC-nin anbarından əlavə 10-a yaxın digər şirkətlərə məxsus anbarlar fəaliyyət göstərirdi.

Məlumatda bildirilir ki,yanğın digər anbardan başlayıb və “Supertoys” anbarı da zərər çəkənlər arasında olub.

“Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yaxın zamanda yanğının baş vermə səbəbi dəqiq açıqlanacaq və hüquqi rəy veriləcəkdir. Məlumat üçün bildirək ki, “Supertoys” MMC-nin bu anbardan əlavə 6 anbarı müxtəlif ərazilərdə fəaliyyət göstərir. Məhsullar da anbarlarda bölgü üzrə paylanılıb”.

Şirkət rəsmi olaraq bildirir ki,müştərilərə xidmət göstərməkdə heç bir çətinlik olmayacaqdır. Müştərilər istədikləri məhsulları əvvəlki qaydada “Supertoys” mağazalarından və ya onlayn əldə edə biləcəklər. “Supertoys” mağazalar şəbəkəsi əvvəlki qaydada fəaliyyətini davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*