Sürücü ön şüşədən asfalta çırpılaraq həyatını itirdibackend

Sürücü ön şüşədən asfalta çırpılaraq həyatını itirdi

Dünən saat 14 radələrində Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası olub.

KONKRET.az xəbər verir ki, “Meyvəli” bazarının yaxınlığından keçən yolda Saleh Cəbrayılovun idarə etdiyi “Ford Transit” markalı avtomobillə 1970-ci il təvəllüdlü Bədəl Bədəlovun sürdüyü “Lada Priora” toqquşub.

Zərbənin gücündən Bədəl Bədəlov avtomobilin ön şüşəsindən asfalt yola düşüb. O, hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*