Talassemiyalı uşaqlar üçün yığılan yardımları mənimsəyən qadın həbs edildibackend

Talassemiyalı uşaqlar üçün yığılan yardımları mənimsəyən qadın həbs edildi

Talassemiya xəstəsi olan uşaqlar üçün toplanmış vəsaitləri mənimsəyən qadın həbs edilib. 

KONKRET.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova haqqında artıq cinayət işi başlanıb.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.

Xatırladaq ki, Nuridə Seyidovanın talassemiyadan əziyyət çəkən uşaqların əməliyyat edilməsinə dəstək adı ilə valideynlərin külli miqdarda vəsaitini mənimsədiyi haqqında redaksiyamıza şikayətlər daxil olmuşdu: valideynlərdən biri – Tural Nəsmiyev Oxu.az-a müraciət etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*