Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildibackend

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

“Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər”.

KONKRET.az xəbər verir ki, bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif “Hayastan” blokunun deputatı Qarnik Danielyan çıxış edib.

O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan polis hadisə yerinə yaxınlaşan “Yerkrapa” Könüllülər Birliyinin avtomobillərinin qarşısından çəkilib, həmən təşkilatın üzvləri isə maşını etirazçıların üzərinə sürüb.

Erməni deputat əlavə edib ki, insident nəticəsində özü də xəsarət alıb və baş verənlərə görə ölkə rəhbərliyi cavabdehdir. (oxu.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*