Ermənistanda keçirilən seçkilərlə bağlı son məlumatlara görə, Mərkəzi Seçki Komissiyası artıq 2005 seçki məntəqəsindən 1878-nin nəticələrini emal edib ki, bu da ümumi məntəqələrin təxminən 93,7%-ni təşkil edir.
KONKRET.az xəbər verir ki, ilkin nəticələrə əsasən, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 50,25% səslə lider mövqedədir.
İkinci yerdə rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku 23,31% səs toplayıb.
Üçüncü yerdə isə keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku 9,78% səslə qərarlaşıb.
Seçki nəticələrinin qalan məntəqələr üzrə emalı davam edir.
Müşviq Tofiqoğlu
KONKRET.az
